4 gün əvvəl həyat yoldaşı ölən general vəfat etdi

4 gün əvvəl həyat yoldaşı ölən general vəfat etdi
  21 Noyabr 2019    Oxunub:4413
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt vəfat edib.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xəstəlik səbəbiylə bir müddət müalicə alan general bu gün səhər saatlarında 79 yaşında dünyasını dəyişib. Onun həyat yoldaşı Filiz Böyükanıt isə 4 gün əvvəl vəfat edib.
Ordu generalı səhhətindəki problemlə əlaqədar həyat yoldaşının dəfn mərasimində iştirak edə bilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ordu   General  





Xəbər lenti