BNA avtobus qəzası ilə bağlı məlumat yaydı

BNA avtobus qəzası ilə bağlı məlumat yaydı
  21 Noyabr 2019    Oxunub:2566
Bakı Nəqliyyat Agentliyi marşurut avtosbusunun minik maşını ilə toqquşması qəzası ilə bağlı məlumat yayıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

"Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq",- deyə məlumatda bildirilib.

Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti