Uşaqlara qarşı cinayət törədən 266 nəfər məsuliyyətə cəlb olunub
Azvision.az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib: "Erkən nikahların kifayət qədər aktual olmasından aidiyyəti dövlət qurumları ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanıb yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir. İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur".
Azvision.az
Teqlər: DİN Oruc-Zalov