Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam

  21 Noyabr 2019    Oxunub : 1569
 Mehdi Hüseynzadə adına stadion yenidən qurulacaq - Sərəncam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Azvision.az

Teqlər: Stadion   Sumqayıt