Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək

Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək
  21 Noyabr 2019    Oxunub:1589
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azvision.az Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qəbul noyabrın 26-da saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Göyçay rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Ucar rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Əlaqə vasitələri: Mob: (050) 470-68-00, Telefon: (02021) 3 -05 -78. Elektron poçt ünvanları: [email protected], [email protected], [email protected].

Azvision.az



Teqlər: Qəbul  





Xəbər lenti