Bakıda internetin verilməsində fasilələr yaranacaq

  21 Noyabr 2019    Oxunub : 1527
Bakıda internetin verilməsində fasilələr yaranacaq
Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.
Bakı Telefon Rabitəsi” MMC-dən Azvision.az -a bildirilib ki, MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir. Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Azvision.az

Teqlər: İnternet