Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verildi

 Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verildi
  21 Noyabr 2019    Oxunub:3670
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti