Azərbaycanda 6 hakim işdən çıxarılıb

  22 Noyabr 2019    Oxunub : 2519
Azərbaycanda 6 hakim işdən çıxarılıb
Azərbaycanda kobud pozuntulara yol verən 6 hakim vəzifəsindən azad edilib.

Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.
Nazirin sözlərinə görə, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi   Hakim