Yağış enerji təchizatında ciddi problem yaratmayıb - "Azərişıq"

  22 Noyabr 2019    Oxunub : 1264
Yağış enerji təchizatında ciddi problem yaratmayıb - "Azərişıq"
"Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq, ölkəmizin elektrik enrjisi təchizatında ciddi problem yaranmayıb".
Bu barədə Azvision.az -a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb:

"Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu operativ surətdə aradan qaldırılıb".

Qeyd edilib ki, qurumun texniki departamentinin əməkdşaları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar: "Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq".

"Azərişıq" ASC istehlakçılara müraciət edərək bildirib ki, yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Azvision.az

Teqlər: Yağış   İşıq   Enerji