Azərbaycanda evdar qadınlara pul verilə bilər

 Azərbaycanda evdar qadınlara pul verilə bilər
  22 Noyabr 2019    Oxunub:12226
Ölkəmizdə evdar qadınlara pul verilə bilər.

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb: "Hələ də bir çox qadınlar işləmir. Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırırıq. Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Bu istiqamətdə çalışırıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qadın   Pul  





Xəbər lenti