“Çox gözəl qadın idi, dedilər ki, ərinin başını kəsib”

   “Çox gözəl qadın idi, dedilər ki, ərinin başını kəsib”
  22 Noyabr 2019    Oxunub:5196
Arvadları tərəfindən kişinin döyülməsi ilə bağlı mənə 14 ildə 2 dəfə müraciət edilib.

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, birinci halda 85 yaşlı kişi 82 yaşlı həyat yoldaşı tərəfindən incitməsi ilə bağlı müraciət etmişdi:

"Deyir ki, onu arvadından xilas etsinlər. Sonra məsələ araşdırıldı və uşaqları da gəldi. Kişidə alzheimer xəstəliyinin ilkin əlamətləri üzə çıxdı. İkinci halla təcridxanalarda olarkən rastlaşdım. Cavan və çox gözəl qadın idi, nə üçün burada olduğunu soruşdum. Dedilər ki, həyat yoldaşının başını kəsib. Araşdırdıq ki, kişi narkoman olub, içirdi, evə gəlib uşaqlara, xanıma qarşı yalnız zorakılıq deyil, başqa əməllər də edirdi. İndi qadın nə hala gəlib ki, kişini yatan vaxtı başını kəsib. Düzdür, bu halı müdafiə etmirik. Amma o ailədə artıq uşaqlar tək qaldı. Niyə vaxtında ailəyə kömək edilməyib, dəstək verilməyib ki, bu hadisəyə gəlib çıxılıb".

H.Hüseynova qeyd edib ki, Azərbaycanda qadınların kişiləri döyməsi ilə bağlı çoxlu cinayət işinin açılması halı mövcud deyil.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti