“Avro-2020”: Pley-off mərhələsinin püşkü atıldı

  22 Noyabr 2019    Oxunub : 1984
 “Avro-2020”: Pley-off mərhələsinin püşkü atıldı
Bu gün "Avro-2020"nin pley-off mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edib. Bu komandalar arasında 5 cütlük artıq müəyyənləşib. Bu gün isə digər 3 cütlük bəlli olub.

Qeyd edək ki, komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq. Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - İsrail

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Azvision.az

Teqlər: Avro-2020