Arif Hacılı faktlar qarşısında aciz qalıb - FOTO

  22 Noyabr 2019    Oxunub : 3576
 Arif Hacılı faktlar qarşısında aciz qalıb - FOTO
Almaniyada Müsavatın mühacir biznesinin ifşasından sonra partiya rəhbərliyi məsuliyyəti öz üzərindən atmaq üçün yollar axtarışındadır. Bu məqsədlə partiya başqanı Arif Hacılı şəbəkənin əsas qolu hesab olunan Avropa Koordinasiya Mərkəzindən (AKM) imtina etməyə çalışır.
İddia edir ki, AKM Avropada qeydiyyatdan keçmiş təşkilatdır və onun Müsavata bağlılığı yoxdur. O zaman ortaya bir neçə sual çıxır. Əgər təşkilatın Müsavatla bağlılığı yoxdursa, necə olur ki, Arif Hacılı tez-tez onların təşkil etdiyi tədbirlərə qatılır və bu təşkilat vasitəsilə Avropada partiya vəsiqələri paylanılır?

Təbii olaraq Arif Hacılı və yandaşları bu suallara “nala-mıxa” vurmaqla cavab verirlər.

Partiya sədrinin sabiq müavini Yadigar Sadıqlı bu gün yazdığı statusla növbəti dəfə Arif Hacılını çətin vəziyyətə salıb. O vurğulayıb ki, Müsavat AKM yaratmaqla təşkilatın sədri İlham Həsənin başına bəla açıb:

“İlham Həsən 1990-cı illərin ortalarından Almaniyaya köçüb. Öz həyatını qurub, 20 il ərzində sakit yaşayırdı. Özü də müşahidə etdiyimə görə, Almaniyada yaşayan soydaşlarımız arasında yaxşı da nüfuzu vardı. Arif Hacılı AKM yaradıb bəyin başını bəlaya salana qədər hər şey yaxşı idi. Halbuki təsis konfransında özüm eşitdim ki, İlham Həsən sədr olmaq istəmirdi. Gülağa Aslanlı "başqan səni məsləhət görür" deyərək israr etdi. İndi adamı artıq dışlayırlar, yeni Təşkilat komitəsinə də salmayıblar. Gələcəkdə bəyi nə gözləyir, hələ bilinmir”.



Qeyd olunan ittihamlara Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Gülağa Aslanlı cavab vermək əvəzinə Arif Hacılının müdafiəsinə qalxıb: “Mən İlham Həsənin Müsavat AKM-ə sədr olmasını istəmiş və bunu söhbət zamanı onun diqqətinə çatdırmışam. O səfərdə Arif Hacılı ilə birlikdə olduğumuz üçün onun adından danışmaq mənlik olmayıb. Təklifi öz adımdan demişəm”.

Jurnalist Yafəz Əkrəmoğlu G.Aslanlının bu cavabından sonra Müsavatı yeni fakt qarşısında qoyub: “Gülağa Aslanlı bununla tәsdiq edir ki, AKM Müsavat partiyasının güclü tәsiri altındadır vә hәtta sәdrin kim olacağını belә özlәri müәyyәn edir. Bәs deyirdiniz AKM müstәqil qurumdur vә Müsavatla әlaqәsi yoxdur?”



O, həmçinin söyləyib ki, İlham Hәsәn 2000-ci illәrdәn bu işlәrlә mәşğuldur: “Әvvәl ağıllı sistem hesabına əməllərini gizlәdә bilirdilәr. Ta ki, başqan dәyişәnә kimi. Arif Hacılı gәldi, çox tamahkarlıq etdi, ağıllı sistemi pozdu. Nәticә dә bu”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Arif-Hacılı   Müsavat