Nikola Sarkozi Bakıda olub - FOTO

  22 Noyabr 2019    Oxunub : 8895
Nikola Sarkozi Bakıda olub - FOTO
Fransanın sabiq prezidenti Nikola Sarkozi Bakıda qısamüddətli səfərdə olub.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Tvitter”də yazıb.

“Sarkozi bir neçə saatlıq Bakıda fəxri qonaq oldu. Prezident Sarkoziyə Azərbaycana gəlişinə görə təşəkkür edirəm”, - deyə səfir vurğulayıb.

Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.





Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fransa   Sarkozi