Şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb

Şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb
  22 Noyabr 2019    Oxunub:1747
Binəqədi rayonundakı şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon polis idarəsinin 7-ci polis bölməsinə müraciət edən obyektin mühafizəçisi otaqdakı seyfdən 5 min ABŞ dolları və 2020 manat məbləğində pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsi və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonunda saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti