FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib
  22 Noyabr 2019    Oxunub:1836
Noyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan Rayon Mədəniyyət Evində Qubadlı, Zəngilan və Şuşa rayonları üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiə işinə cavabdeh şəxsləri ilə “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, müşavirə regionda 2019-cu il ərzində mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması, habelə 2020-ci ildə mülki müdafiə işinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, maarifləndirmə istiqamətində fəaliyyətin daha da intensivləşdirilməsinə dair müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə çıxış edənlər mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr haqda fikirlər səsləndiriblər. Həmçinin müşavirədə 2020-ci il ərzində istər regional mərkəz, istərsə də yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə sahəsində əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətinə yönəldilməsinin vacibliyi məqsədəuyğun hesab edilib. Qeyd edilib ki, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətli icrası, xüsusən də cəbhəyanı ərazilərdə maarifləndirmə işinin gücləndirilməsi, rabitə xəbərdarlıq sisteminin daim hazır vəziyyətdə saxlanılması, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işinin lazımi səviyyədə təşkili, təlim və məşqlərin planlaşdırılması və icrasının təmin olunması, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsi də prioritet istiqamətlərdən olmalıdır. Eləcə də baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin etibarlı təmin olunması məqsədilə FHN-in Qarabağ Regional Mərkəzi və nazirliyin həmin ərazidə fəaliyyət göstərən digər qurumları ilə yerli icra strukturları və dövlət idarəetmə orqanlarının qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Yekunda region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

Azvision.az


Teqlər: FHN   Müşavirə  





Xəbər lenti