Hindistanda ağır qəza: 12 nəfər ölüb, 5-i uşaqdır

  23 Noyabr 2019    Oxunub : 2049
Hindistanda ağır qəza: 12 nəfər ölüb, 5-i uşaqdır
Hindistanın şimal-qərbindəki Radjastan əyalətində mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli polisə istinadən məlumat yayıb. Belə ki, sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini yol ayrıcına çırpıb.

Mikroavtobus Hindistanın cənubundakı Maharaştra əyalətinin sakinlərini ölkənin şimalındakı Haryana əyalətində yerləşən məbədə aparırmış.

Qeyd olunub ki, qəzada ölənlərin beşi qadın, beşi isə uşaqdır.

Azvision.az

Teqlər: Hindistan   Qəza