“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
  23 Noyabr 2019    Oxunub:3172
"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Azvision.az -a Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr müşahidə olunub.

"Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və region texniki departament, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətrafında kənd-qəsəblərə və regionlara göndərilib.

Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Xatırladım ki, son illər "Azərişıq"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib, hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur", - deyə T. Mustafayev qeyd edib.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti