Zəhərlənən tələbələrin səhhəti ilə bağlı son durum

   Zəhərlənən tələbələrin səhhəti ilə bağlı son durum
  23 Noyabr 2019    Oxunub:8424
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.
Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maksudov Azvision.az -a bildirib ki, hazırda tələbə qızların vəziyyəti orta-ağır qiymətləndirilir. Onlara lazımi tibbi yardım göstərilir.

Zəhərlənmənin səbəbinə gəlincə, A.Maksudov hazırda bununla bağlı araşdırma aparıldığını deyib. Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra hadisənin səbəbi açıqlanacaq.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BDU   Tələbə   Zəhərlənmə  





Xəbər lenti