Altıağacda qarın hündürlüyü 22 santimetrə çatıb

  23 Noyabr 2019    Oxunub : 782
Altıağacda qarın hündürlüyü 22 santimetrə çatıb
Noyabrın 21-dən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Bakıda yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.
Azvision.az -ın məlumatına görə, qarın hündürlüyü Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, Qusarın Ləzə kəndində isə 16 santimetrə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib.

Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, havanın temperaturu mənfi 6 dərəcə olub.

Azvision.az

Teqlər: Qar   Quda   Xızı