Müsavat bir gündə 80 vəsiqəni necə satıb? - FOTOFAKT

  23 Noyabr 2019    Oxunub : 6647
Müsavat bir gündə 80 vəsiqəni necə satıb? - FOTOFAKT
Almaniyada Müsavat partiyasının mühacir biznesi şəbəkəsinin ifşasından sonra demək olar ki, hər gün yeni faktlar ortaya çıxır.

Azvision.az-ın məlumatına görə, növbəti ifşaedici faktlardan birini Avropada yaşayan keçmiş müsavatçı jurnalist Yafəz Əkrəmoğlu açıqlayıb. Onun apardığı araşdırma zamanı məlum olub ki, Müsavat AKM-in sədri İlham Hәsәn bir gündә 80 vәsiqәni satıb.


Y.Əkrəmoğlu bu barədə "Facebook" hesabında yazıb: “Mən sizinlə 3 AKM vəsiqəsinin şəklini paylaşıram. 5 dekabr 2016-cı ildə verilən 36 saylı, 18 aprel 2017-ci ildə verilən 16 saylı, 19 aprel 2017-ci ildə verilən 96 saylı vəsiqələr. Saxtakarlıq haradadır? Tarixlərə və nömrələrə diqqət edək. 36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı (?) 16 saylı vəsiqə verilib (normalda ən az 37-ci vəsiqə verilməli idi). Nömrә sayları artmaq yerinә azalıb. Bu maxinasiyaya hesablanmış taktikadır. Әlavә olaraq,17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldә isə 96 saylı vəsiqə verilib. Bu, o demәkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr və aprel ayları arası - 4 ay ərzində, sayın 36-dan yuxarı qalxmaq əvəzinə, әksinә aşağı, 16-ya düşməsi isə bilərəkdən edilən saxtakarlıqdır. Bu da maxinasiyaya yol açır”.



Y.Əkrəmoğlu vurğulayıb ki, bu maxinasiya ilə bağlı Müsavat rəhbərliyini xəbərdar etsə də, deyilənlər qulaqardına vurulub: “Bu vә digәr saxtakarlıqları partiya rәhbәrliyinә çatdırmaq üçün 2017-ci ildә Müsavat Divan üzvlәrindәn ibarәt "Vatsap" qrupu yaratdım. İsa Qәmbәri dә bu qrupa әlavә etdim. O vaxt bu mәsәlәlәrin xaricә çıxmasını istәmirdim vә inanırdım ki, daxildә hәr şey öz hәllini tapacaq. Tәәssüf ki, belә olmadı vә bu mәsәlәdә sәsimә sәs verәn vicdanlı partiya rәhbәrlәrinin sayı az oldu. O vaxt Arif Hacılı vә әtrafı mәnim bu xәbәrdarlığımı qulaqardına vurdular. Ancaq bu gün hәmin dediklәrim öz әksini tapır”.



Keçmiş müsavatçı paylaşımına əlavə olaraq mühacir alverinə qarşı təqdim etdiyi faktlara Divan üzvlərinin necə reaksiya verdiyini izah edib:

“Divan üzvlәrindәn ibarәt 6 may 2017-ci ildә yaratdığım "Vatsap" qrupunda bu vә 10-larla başqa saxtakarlıqlara partiya rәhbәrlәri aşağıdakı reaksiyaları veriblәr. Reaksiyaları 3 qrupa bölmüşәm 1. Faktlarla bağlı araşdırma tәlәb edәnlәr. 2. Saxtakarlıqları müdafiә edәnlәr. 3. Suasanlar. 1. Faktlarla bağlı araşdırma tәlәb edәnlәr: 1. Tofiq Yaqublu, 2. Yadigar Sadıqlı, 3. Vәfa Cümşüdlü, 4. Elman Fәttah, 5. Alya Yaqublu, 6. Nemәt Kәrimli (bir müddәt sonra mövqeyini 180 dәrәcә dәyişdi). 2. Saxtakarlıqları cidd-cәhdlә müdafiә edәnlәr: 1. Gülağa Aslanlı, 2. Saxәvәt Soltanlı, 3. Yusif Tağı, 3. Susanlar: 1. İsa Qәmbәr, 2. Arif Hacılı, 3. İkram İsrafil, 4. Nüşabә Sadıxlı, 5. Arzu Sәmәdbәyli”.



Jurnalistin ortaya çıxardığı faktları Müsavatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə "blef" adlandırıb: “Bu məsələni Tofiq Yaqublu vaxtilə Divanda qaldırıb və ona ətraflı cavab verilib. Sadəcə dəftərxana qaydalarını bilməməkdən yaranan texniki xətadır. Müsavat AKM-i tərk etmiş şəxsin vəsiqəsi ləvğ edilsə də, həmin vəsiqənin nömrəsi başqa şəxsə verilib. Bu, bir gündə 80 vəsiqə verilməsi anlamına gəlmir. Bunu AKM üzvlərinə vəsiqələrin verilməsi siyahısına baxmaqla da aydınlaşdırmaq olar. Bu iş mənə tanışdır. Birinci gün bu məsələ ilə bağlı araşdırmanın nəticələrini yaya bilərəm”.

Məlumata görə, Müsavat AKM bir vəsiqəni 2500-3500 avroya satıb. Bundan əlavə, rəhbər şəxslərə qonaqlıqların və qiymətli hədiyyələrin verilməsi də əsas tələblər arasında yer alıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Mühacir