Yağışdan sonra çaylardakı vəziyyət

Yağışdan sonra çaylardakı vəziyyət
  23 Noyabr 2019    Oxunub:2488
Ötən günlər ərzində qeydə alınan yağıntılı hava şəraiti nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 30-120, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 60-150 faizini təşkil edir.

Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 56 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 51 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla onun 110 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 153 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artaraq 113 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artaraq 161 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 santimetr azalaraq 34 santimetrə bərabər olub.

Azvision.az


Teqlər: ETSN   Çay   Su  





Xəbər lenti