Xarici valyutada olan əmanətlər azalıb - RƏSMİ

   Xarici valyutada olan əmanətlər azalıb -  RƏSMİ
  23 Noyabr 2019    Oxunub:2706
Oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 8 milyard 605,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 55,7 faizi xarici, 44,3 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artıb, xarici valyutada əmanətlər isə 6,5 faiz azalıb.

Azvision.az


Teqlər: Əmanət  





Xəbər lenti