Azərbaycanla İran arasında məhkumların ekstradisiyası olub

 Azərbaycanla İran arasında məhkumların ekstradisiyası olub
  23 Noyabr 2019    Oxunub:1929
Azərbaycanda müxtəlif cinayətlərə görə həbs olunan 10 nəfər İran vətəndaşı cəzalarının qalan hissəsini çəkmək üçün ölkələrinə ekstradisiya edilib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı baş konsulu Hüseyn Cəlili məlumat verib. Onun sözlərinə görə, artıq 26-cı dəfədir ki, İran ilə Azərbaycan arasında məhkumların ekstradisiya prosesi həyata keçirilir.

Bundan əlavə, baş konsul qeyd edib ki, İran vətəndaşları Azərbaycanda əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunublar.

Azvision.az



Teqlər: İran   Baş-Konsul   Ekstradisiya  





Xəbər lenti