Tovuzda məktəblini maşın vurub, vəziyyəti ağırdır

 Tovuzda məktəblini maşın vurub,  vəziyyəti ağırdır
  24 Noyabr 2019    Oxunub:2309
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən Ələkbərov Süleyman Çingiz oğlunu maşın vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb. 

Xəsarət alan şəxsin məktəbli olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: Tovuz   Maşın   Məktəbli  





Xəbər lenti