Özbəkistanın Xalq artistindən "Barış Pınarı"na dəstək
Özbəkistanın xalq artisti Yulduz Turdieva konsert proqramında Türk sənətçi Pınar Eliçe ilə duet oxuyub. Duet zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Özbəkistanda “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuduğu xatırladılaraq səhnədə təkrar birlikdə oxunub.
Konsertin ardından Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan ilə görüşən Turdieva Türkiyənin terrorla mübarizəsinə dəstək verdiyini bildirib. Altınalanın “Bu dəstəyi əsgər salamı verərək göstərməyiniz mümkündürmü?” xahişi Özbəkistanlı sənətçi Turdieva ve orkestra üzvləri tərəfindən alqışlarla qarşılanıb. Sənətçi Turdieva və orkestra üzvləri Türk əsgərinə və Türkiyənin cənubunda yaradılmağa çalışılan terror dəhlizini yox etmək məqsədilə keçirilən “Barış Pınarı” əməliyyatına dəstəklərini ifadə etmək üçün əsgər salamı verib.
Azvision.az
Teqlər: Özbəkistan Barış-Pınarı