Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
  25 Noyabr 2019    Oxunub:1895
Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az-a verilən məlumata görə, məhdudlaşma bir hərəkət zolağı üzrə tətbiq edilir. Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq, ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Azvision.az


Teqlər: Agentlik   Yol   Təmir  





Xəbər lenti