125 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi

125 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi
  25 Noyabr 2019    Oxunub:3596
Baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək. Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti