Bakı metrosunda problem yarandı

 Bakı metrosunda problem yarandı
  25 Noyabr 2019    Oxunub:2457
Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.
Azvision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 08:30-da metronun “Həzi Aslanov” stansiyasında maşinist nasazlıq ehtimalı ilə qatara baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma qeydə alınıb. Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti