Bakıda torpaq sürüşməsinə görə su kəsildi

  25 Noyabr 2019    Oxunub : 707
Bakıda torpaq sürüşməsinə görə su kəsildi
Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Azərsu