Sürücülərə etibarnamələr elektron qaydada veriləcək

 Sürücülərə etibarnamələr elektron qaydada veriləcək
  25 Noyabr 2019    Oxunub:3634
"My.gov.az saytının mobil əlavəsi üzərində iş gedir və tezliklə bu aplikasiya hazır olacaq. Ümid edirik ki, növbəti ilin ilk aylarında biz həmin əlavəni təqdim edəcəyik".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

O, "ASAN Finance" sistemi haqqında məlumat verərək bildirib ki, artıq 30-dan çox bank bu sistemə qoşulub:

"Bəzi banklar, hətta daha da irəli gedərək qısa müddət ərzində müxtəlif xidmətlərin göstərilməsini təmin edə bilirlər. Biz proaktiv xidmətlərin göstərilməsi ilə bağll bir sıra işlər görmüşük. Artıq bir sıra arayışların elektron şəkildə verilməsi təmin olunur. Ədliyyə Nazirliyi ilə sıx işləyirik və yaxın günlərdə sürücülər üçün elektron etibarnamələrin verilməsinə də başlanacaq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: CeyhunSalmanov   ASAN-Xidmət  





Xəbər lenti