“Sürüşmə 300 metrdən çox ərazini əhatə edir” - Əziz Qaralov

“Sürüşmə 300 metrdən çox ərazini əhatə edir” -    Əziz Qaralov
  25 Noyabr 2019    Oxunub:3238
“Bibiheybət məscidindən şəhər istiqamətində gedən magistral yolda uçqun tipli çökmə prosesi baş verib. Sürüşmə 300 metrdən artıq ərazini əhatə edir”.
Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar əraziyə giriş -çıxış bağlanıb: "İnsanların təhlükəsizliyi üçün nəqliyyat vasitələrinin istismarına icazə verilmir. Bu gün Baş Nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə baxış keçiriblər. Yaxın günlərdə bərpa olunma ilə bağlı işlərə başlanacaq".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ƏzizQaralov  





Xəbər lenti