Paytaxt qəsəbələrində sakinlərin problemləri dinlənilir

Paytaxt qəsəbələrində sakinlərin problemləri dinlənilir
  25 Noyabr 2019    Oxunub:1393
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. Görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı, təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirlər çərçivəsində Qaradağ RİH-in başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı RİH-in bağçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər RİH-in başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu RİH-in başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçiriblər. Görüşlərdə sakinlərin müraciətləri və təklifləri dinlənilib.

Sakinlərin böyük fəallığı və ənənəvi açıq mikrofon formatında keçən görüşlərdə dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilib.

Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Azvision.az



Teqlər: Qəsəbə   BŞİH  





Xəbər lenti