“Sədərək” ticarət mərkəzini su basıb?

“Sədərək” ticarət mərkəzini su basıb?
  25 Noyabr 2019    Oxunub:2560
“Sədərək” ticarət mərkəzində ciddi problem yoxdur. Bizdə su çəkən qurğular var. Onlar mağazalara suyun dolmasına imkan vermir”
Azvision.az xəbər verir ki, bunu ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimov "Sədərək" TM-nin yağış suları altında qalması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

“Bazarda ciddi problem yoxdur. Nasoslar quraşdırılıb. Onlar suyun dolmasına imkan vermir, suyu çəkib kanalizasiyaya aparır. Xeyli vaxtdır ki, belə hallar yaşanmır. Təhlükəsizliyi təmin etmək üçün yanğınsöndürən maşınlarımız və suçəkən böyük aparatlarımız var. Əminliklə deyirəm ki, sosial mediyada yayılan məlumatlar yanlışdır".

Şahanə Rəhimli
a href=https://azvision.az> Azvision.az


Teqlər: Sədərək   Ticarət-Mərkəzi  





Xəbər lenti