Azərbaycanda 400-ə yaxın qadın məhkum var

Azərbaycanda 400-ə yaxın qadın məhkum var
  25 Noyabr 2019    Oxunub:2482
Oktyabr ayında 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində olan qadınlar daha çox dələduzluq və narkotikə görə həbs edilib.
"Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var. Onlar da əsasən narkotik və dələduzluq səbəbindən həbs ediliblər. Buna da onları həyat yoldaşları vadar edir. Ailədə zorakılıq nəticəsində onlar bu yola əl atır. Bu məsələlər araşdırılmalı və səbəbləri bilinməlidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Məhkum   Qadın  





Xəbər lenti