“Biz hamımız “uşaq pulu” ilə böyüyən adamlarıq” - Deputat

    “Biz hamımız “uşaq pulu” ilə böyüyən adamlarıq” -    Deputat
  25 Noyabr 2019    Oxunub:4068
Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir. Burada ümumi məxrəcə gəlməyə ehtiyac var.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır: "Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək lazımdır”.

V.Əhmədov qeyd edib ki, “uşaq pulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edir ki, müəyyən təbəqədən olan insanlara “uşaq pulu” veririk. Amma biz hamımız faktiki olaraq “uşaq pulu” ilə böyüyən adamlarıq. Bu gün “uşaq pulu”nun verilməsini edə bilmərik deməyi düzgün hesab etmirəm. Biz demirik ki, 18 yaşa kimi uşaqlara bunu vermək lazımdır. Amma bununla bağlı da ümumi məxrəcə gəlmə lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Ona görə də hesab edirəm ki, “uşaq pulu” məsələsinə birbaşa olaraq "yox" demək düzgün deyil. Əmək və əhalinin sosial müdafiəsi naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti