Viktor Orban İlham Əliyevi təbrik etdi

 Viktor Orban İlham Əliyevi təbrik etdi
  25 Noyabr 2019    Oxunub:2225
Macarıstanın Baş Naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə şəxsən öz adımdan və sədri olduğum Fides – Macar Vətəndaş İttifaqı Partiyası adından Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bəri Azərbaycanın demokratik transformasiyasında və ölkənin inkişafında aparıcı rol oynayıb.

Məmnuniyyətlə bildirirəm ki, ölkələrimiz və partiyalarımız arasında xalqlarımızın mənafeyinə xidmət edən münasibətlər Sizin dəstəyiniz və dostluğunuz sayəsində indi həmişəkindən daha güclüdür. Biz, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi yönündə səylərini dəstəkləyirik. Sizi əmin edirəm ki, qarşıdakı illərdə də Avropa Qonşuluq Siyasətinin inkişafı Macarıstanın prioriteti olaraq qalacaqdır. Həmçinin ümid edirəm ki, qarşılıqlı maraq doğuran məsələlərdə partiyalararası əlaqələrimizi daha da dərinləşdirəcəyik.

Son onilliklərdə Yeni Azərbaycan Partiyası Azərbaycanın və onun xalqının maraqlarına uğurla xidmət edib. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə yeni uğurlar arzulayıram".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti