“Tibbi sığorta haqqında” qanuna 126 dəyişiklik ediləcək

 “Tibbi sığorta haqqında” qanuna 126 dəyişiklik ediləcək
  25 Noyabr 2019    Oxunub:1934
Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişikliklər barədə məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2020-ci ilin yanvar ayının 1-dən ölkədə icbari tibbi sığortanın bütövlükdə həyata keçirilməsini real hesab edib.

Komitə sədri əlavə edib ki, ölkə üzrə icbari tibbi sığortanın tədbiqi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi: “Çünki “Tibbi sığorta haqqında” qanun 20 il bundan əvvəl qəbul edilmişdi. Bu sahədə illər ərzində bir çox inkişaf olduğuna görə qanunvericilik bazasına 8 maddadə 126 dəyişiklik və əlavə təklif olunub”.

O qeyd edib ki, layihə konseptual baxımdan I oxunuşda qəbul üçün uyğundur: “Vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin edəcək”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ƏhlimanƏmiraslanov  





Xəbər lenti