İcbari tibbi sığorta 4 mərhələli şəkildə tətbiq olunacaq

 İcbari tibbi sığorta 4 mərhələli şəkildə tətbiq olunacaq
  25 Noyabr 2019    Oxunub:3934
“İstər tibb müəssisələrinin heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər. Bu da başa düşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadə etməyib”.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi Agentlik prosesin mürəkkəbliyini nəzərə alaraq hökumət qarşısında məsələ qaldırmaqla gələn il ölkədə icbari sığortanın mərhələli şəkildə tədbiqini təklif edib:

“Təklif ondan ibarətdir ki, 2020-ci ildə ölkə üzrə proses 4 mərhələli olacaq. Belə ki, I rübdə şimal hissəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tədbiqi nəzərdə tutulur”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zaur-Əliyev   Sığorta  





Xəbər lenti