Axtarışda olan 4458 nəfər sərhəddə sax­la­nılıb

  25 Noyabr 2019    Oxunub : 1552
 Axtarışda olan 4458 nəfər sərhəddə sax­la­nılıb
2019-cu ilin noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­ib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd edib.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb.

Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb, saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

Azərbay­can Respublikasının Prezidenti cənab İl­ham Əliye­vintapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət və­ziy­­yə­tinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırıl­ma­sının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə və­saitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yük­sək sə­viy­yədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bil­dirilib.

Azvision.az

Teqlər: DSX