Nazirlər Kabineti Aparatına yeni rəhbər təyin edildi

   Nazirlər Kabineti Aparatına yeni rəhbər təyin edildi
  25 Noyabr 2019    Oxunub:2577
Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti