Hikmət Hacıyevin Cenevrə Mərkəzinə müsahibəsi - VİDEO
Bununla bərabər Azərbaycanın xarici siyasət gündəliyində qonşu ölkələrlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə məlumat verib. Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.
Regional təhlükələrdən danışan H.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş etnik təmizləmə barəsində məlumat verərək münaqişənin həll edilməsi yollarını qeyd edib.
O bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
H.Hacıyev videomüsahibədə, həmçinin digər regional risk və təhdidlər barəsində də danışıb.
Müasir beynəlxalq münasibətlər sistemi haqqında suala cavabında H.Hacıyev qanunun aliliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev