Tbilisidə etiraz aksiyası dağıdılıb, iki nəfər yaralanıb

Tbilisidə etiraz aksiyası dağıdılıb,  iki nəfər yaralanıb
  26 Noyabr 2019    Oxunub:2403
Gürcüstanın xüsusi təyinatlıları parlament binasını, Rustaveli prospektini etirazçılardan təmizləyib.

Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, xüsusi təyinatlılar su şırnaqlarından istifadə etməklə aksiyanı dağıdıblar. Nəticədə iki etirazçı yaralanıb. Onlardan birinin gözü zədələnib, digərinin qolunda və üz sümüyündə sınıqlar aşkar edilib.
"Hadisə mənim yanımda baş verdi. Su şırnaqlarından istifadə zamanı təəssüf ki, bir nəfər gözündən yaralandı. Lakin bizə xəstəxanadan bildirdilər ki, onlar həmin şəxsin gözünü xilas edə biliblər”, - deyə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Qeyd edək ki, xüsusi təyinatlılar bu gün səhər saat 5-6 radələrində aksiyaçıların təmizlənməsi əməliyyatına başlayıblar. Bundan sonra Gürcüstan parlamentinin plenar iclası bu gün saat 12:00-a təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti