Naxçıvan aeroportundan 20 mindən çox sərnişin daşınıb

Naxçıvan aeroportundan 20 mindən çox sərnişin daşınıb
  26 Noyabr 2019    Oxunub:1616
Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Ötən ay bütün reyslər vaxtında qarşılanıb və yola salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanın məlumatında bildirilib.

Qeyd olunub ki, yerli hava xətti ilə 19 min 623, beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 281, Naxçıvan-İstanbul reysi ilə 413 sərnişin daşınıb.

Azvision.az





Teqlər: Naxçıvan   Təyyarə   Sərnişin  





Xəbər lenti