“Uşaq pulu” ünvanlılıq prinsipinə tam cavab vermir - Nazirlik

  26 Noyabr 2019    Oxunub : 4606
 “Uşaq pulu” ünvanlılıq prinsipinə tam cavab vermir - Nazirlik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "uşaq pulu" məsələsinə yenidən aydınlıq gətirib.

Azvision.az -ın məlumatına görə, nazir müavini Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir, bunun üçün ildə 494 milyon manat ayrılır. Proses 585 min uşağı əhatə edir.
"Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb. Prezident İlham Əliyev də vurğulayıb ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaq pulu isə ünvanlılıq prinsipinə tam cavab vermir".

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN