“ASAN xidmət” mərkəzlərində heç bir sıxlıq yaranmayıb - Sədr müavini

 “ASAN xidmət” mərkəzlərində heç bir sıxlıq yaranmayıb -  Sədr müavini
  26 Noyabr 2019    Oxunub:2363
"Noyabrın 1-dən etibarən Azərbaycan vətəndaşları qeydiyyatdan asılı olmayaraq, bütün "ASAN xidmət" mərkəzlərində öz şəxsiyyət vəsiqələrini ala bilərlər".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı Bakı və Sumqayıtda sıxlıq yaşanacağı barədə fikirlər səsləndirilib:

"Güman edilirdi ki, qeydiyyat asılılığı aradan qaldırıldıqdan sonra böyük sıxlıqlar yarana bilər. Amma ciddi problemlər yaranmayıb. Vətəndaşlar regionlarda qeydiyyatdadılar, amma Bakı, Sumqayıt və digər iri şəhərlərdə işləyirlər. Əvvəllər onlar öz rayonlarına getmək məcburiyyətində qalırdılarsa, artıq istədikləri "ASAN xidmət" mərkəzinə gedib, şəxsiyyət vəsiqələrini ala bilərlər. Hazırda bu məsələdə heç bir problem yoxdur. Dövlət qurumları ilə əlaqəli şəkildə proses qurulub. Sistem yeni tətbiq olunduğu üçün bəzən xırda məsələlər çıxır. Ümumilikdə, proses qaydasında davam edir".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: CeyhunSalmanov   ASANxidmət  





Xəbər lenti