Ekspert: “İntiharların qarşısını almaq mümkündür”

   Ekspert:    “İntiharların qarşısını almaq mümkündür”
  26 Noyabr 2019    Oxunub:2433
İntihar şəxs tərəfindən öz həyatına son qoymaq əməlidir. İstənilən intihar halı faciədir.
Azvision.az xəbər verir ki, bunu inklüzivlik uşaq və təhsil üzrə beynəlxalq ekspert Mişel Mur "İntiharların qarşısının alınması" mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, gənclər arasında intihar yoluxucu fenomendir.

"Sosial medianın təsirini nəzərə alaraq müxtəlif təzyiqlər gənclərin intihara münasibətini adiləşdirir və qaçılmaz edir. Sosial media intihar fikirlərini geniş yayır. Biz bu məsələdə ehtiyatlı davranmalıyıq. Adətən gənclər inkişaf yaşında olanda bəzən çaşqınlıq içərisində olurlar. Gənclərə verdiyimiz mesajlarda onları bu fikirdən yayındırmaq lazımdır. İntiharların qarşısını almaq mümkündür. Düşünürəm ki, Azərbaycanda bu məsələ ətrafında görülən iş, Milli Fəaliyyət Planının hazırlanması intiharın qarşısının alınmasına töhvə verəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: İntihar  





Xəbər lenti