Heyvanların qorunması məsələləri müzakirə edilib

  26 Noyabr 2019    Oxunub : 958
Heyvanların qorunması məsələləri müzakirə edilib
Avropa Birliyinin maliyyələşdirdiyi "Covcheg" layihəsi və tərəfdaş təşkilat olan Heyvanları Mühafizəsi Birliyi ilə birlikdə, Azərbaycandakı Gənc Avropa Səfirləri Şuşa və Zəngilan məcburi köçkün məktəblərinin 10 şagirdi üçün sahibsiz heyvanların himayə yarmarkasına ziyarət təşkil ediblər.
Azvision.az xəbər verir ki, ziyarətin məqsədi uşaqları sahibsiz itlərə qarşı mərhəmət göstərməyə və heyvanların rifahı məsələlərində diqqətli olmağa çağırmaqdır. Məktəblilərin həmçinin, xüsusi məşğələlər vasitəsilə müzakirələrə qoşulub, sığınacağın kiçik sakinləri ilə yaxşı vaxt keçirmələri hədəflənib.

Seminarın əsas məqsədi gələcək nəsillərdə heyvanlara qarşı mərhəmət və ətrafa hörmət hissini aşılamaqdır. Əlavə olaraq, gənclər Avropa Birliyinin təcrübələrini və Avropa Birliyinin bu kimi təşəbbüsləri necə dəstəklədiyini öyrənmək şansı əldə edirlər. Seminar Slow Food (AB-nin Azərbaycanda maliyyələşdirdiyi layihə) eksperti Yagub Zeynalzadeh və və HeyvanlarınMühafizəsi İctimai Birliyinin mütəxəssi Əliheydər Babayev tərəfindən keçirilib.

Gənc Avropa Səfirləri ümid edirlər ki, cəmiyyətin heyvanlara humanist şəkildə yanaşmasına tövhə verəcəklər.

Xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Azərbaycan Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasını ratifikasiya edib. Bu sənəd evsiz heyvanların sayının tənzimlənməsində yalnız insani üsullara icazə verildiyini iddia edir.

Azvision.az

Teqlər: Heyvan   Layihə