“İslahatlar gömrük orqanlarından da yan keçməyib” - Səfər Mehdiyev

“İslahatlar gömrük orqanlarından da yan keçməyib” -  Səfər Mehdiyev
  26 Noyabr 2019    Oxunub:2511
"Bütün qurumlarda yüksək səviyyədə islahatlar həyata keçirilir. İslahatlar gömrük orqanlarından da yan keçməyib".

Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
DGK sədri bildirib ki, gömrük-keçid məntəqələrinin hər birində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər ciddi şəkildə yoxlanılır.

Onun sözlərinə görə, gömrük-keçid məntəqələri gündəlik 450-600 nəqliyyat vasitəsini qəbul etmək imkanına malikdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti