Karqoda gecikmə ilə bağlı iddialara rəsmi cavab

  26 Noyabr 2019    Oxunub : 966
Karqoda gecikmə ilə bağlı iddialara rəsmi cavab
"Karqoda malların gecikdirilməsi mümkün ola bilməz. Bilmirəm, söhbət hansı şirkətlərdən gedir, amma məsələ ilə bağlı fakt olarsa, biz bunu araşdırarıq".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, idxalın demək olar ki, bütün sahələrini əhatə edən mallar qısa idxal bəyannamələrinə uyğunlaşdırılır:

“Həmin bəyannamələrə uyğun olaraq fiziki və hüquqi şəxslər gömrük anbarlarına gəlib öz adlarına bəyan etdikləri mallarını rəsmiləşdirərək götürə bilərlər. Bu səbəbdən gecikmə hallarının mümküm olma ehtimalı bizə real görünmür. Əvvəlki hallarda bəlkə də ola bilərdi, amma indi karqoda malların gecikdirilməsi, sıxlığı baş verə bilməz.

Əgər əvvəl bir karqoda 20 adamın malı varsa, onlardan birinin problemi olanda 19 nəfərdə gözləməli olurdu. Amma artıq elə deyil, hər kəs öz malını bəyan edərək, müvafiq rüsumu ödəyir və malını götürür. Təkrar deyirəm ki, hansı karqo şirkəti ilə bağlı gecikmə məqamları yaşanıbsa, bizə məlumat verin araşdıraq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DGK   Karqo